Türkiyənin Rusiyadakı keçmiş səfiri, diplomat Ümit Yardım Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib.
O, bu barədə “X”də yazıb.
O bildirib ki, Fransa müstəmləkəçilik tarixinin ən əsas nümunələrindəndir: “Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qəzəblənib”.
Diplomat, həmçinin yeni dünya nizamının formalaşdığını diqqətə çatdırıb.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanan “France-2” telekanalına müsahibəsində Yeni Kaledoniyada baş verən iğtişaşlara görə Azərbaycanı ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək qeyd edib ki, bunlar əsassız ittihamlardır.