“ANADOLU ANKASI- 2024” BEYNƏLXALQ TƏLİMLƏRİ BAŞA ÇATIB

0

Türkiyəmn Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ailə və sosial siyasətdən məsul nazir və digər...

Bağla