“Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir”

0

Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.

“İşğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışladıq.Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib:

“Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın zəlzələdən sonra tikilən evlərə sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin...

Bağla