“EFES – 2024”: AZƏRBAYCAN HƏRBÇİLƏRİ PRAKTİKİ ATIŞLAR İCRA EDİBLƏR

0

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər.

Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir”

Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik. Bunu Türkiyə Prezidenti...

Bağla