İNSAN İNKİŞAFINDA ÜÇ PİLLƏ

0

Ailə, təhsil və peşə insanın həyatında əhəmiyyətli rollar oynayan üç əsas pillədir. Bu pillələr insanın bədənini, duyğularını və zehniyyətini formalaşdırır, eyni zamanda onun sosial və psixoloji inkişafına təsir edir.

Ailə, insanın həyatının əsas dayağıdır. Qurani-Kərimdə belə buyrulur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (Təhrim, 6). Bu ayə, ailə üzvlərinin bir-biri üzərində olan məsuliyyətini vurğulayır. Bir ailə içində ədalət, sevgi və hörmət olduğu təqdirdə, hər bir üzvün inkişafı üçün uyğun bir mühit yaranar.

  • Ailə dəyərləri: Ailə dəyərlərini qoru və gələcək nəslə ötür.
  • Yardımlaşma: Ailə üzvləri ilə səmimi və dürüst ünsiyyət qur. Ailənin ehtiyac duyduğu zamanlarda dəstək ver.
  • Sevgi və hörmət: Ailədə sevgi, mərhəmt və hörməti çoxalt.

Təhsil, insanın zehniyyətini və qabiliyyətini inkişaf etdirməkdə vacib bir rol oynayır. Bir hədisdə: “Elm tələb etmək (elmi axtarmaq) hər bir müsəlmana vacibdir” (Buxari, Elm 1) – deyilir. Bu hadis insanın özünü inkişaf etdirməsi üçün təhsilin – elmin əhəmiyyətini vurğulayır.

  • Öyrənmə sevgisi: Daimi öyrənmə sevgisini və həyəcanını qoru.
  • Fərqli fikirlər: Müxtəlif perspektivləri qəbul et və onlardan faydalan.
  • Akademik hədəflər: Təhsil sahəsində özünə hədəflər qoy və səy göstər.

Peşə seçimi də insanın həyatında çox önəmli rol oynayır. Peyğəmbər aleyhissalam belə buyurur: “İnsanların ən yaxşıları insanlara yararlı olanlarıdır.” (Təbərani, Mucəmul-əvsat 6254). Bu hədis insanların bir-birinə faydalı olmasının vacibliyini vurğulayır. Hər bir insan gördüyü işi və peşəsi ilə insanlara faydalı olmalıdır. Həmçinin, insanın öz peşəsinə uyğun iş seçimi onun ruh inkişafına və bəşəriyyətə yararlı olmasına kömək edir.

  • Peşə sevgisi: Sevdiyin işdə çalış, ya da gördüyün işi sev.
  • Effektiv iş: İş yerində səmərəli və effektiv ol, özünü inkişaf etdir.
  • Əməkdaşlıq: Həmkarlar ilə əməkdaşlıq et. İş yerində müsbət enerji və xoş səda yay.
  • Həyat-iş balansı: İş və şəxsi həyat arasında balans yarat.

Ümumiyyətlə, ailə, təhsil və peşə insanın həyatında bir-birini tamamlayan əhəmiyyətli mənbələrdir. Bir insan öz ailəsini qorumalı, elm əldə etməli və öz qabiliyyətinə uyğun iş seçməlidir. Bu üç məsələ, insana həm bədəninin, həm də ruhunun inkişafına, həmçinin Allahın rəzalığına nail olmasına kömək edəcəkdir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“EFES – 2024”: AZƏRBAYCAN HƏRBÇİLƏRİ PRAKTİKİ ATIŞLAR İCRA EDİBLƏR

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub. Bu barədə...

Bağla