AZƏRBAYCAN HƏRBÇİLƏRİ TÜRKİYƏDƏ KEÇİRİLƏN KURSDA İŞTİRAK EDİRLƏR

0

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasının İzmir şəhərində keçirilən kursda iştirak edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.

Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKI İLAHİYYAT KOLLECİNƏ QƏBUL ELAN EDİLİB

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi...

Bağla