BMT Baş Assambleyası 11 iyulu Beynəlxalq Srebrenitsa Soyqırımını Anma Günü qəbul edib

0

BMT Baş Assambleyası 11 iyulun Srebrenitsa Soyqırımını Anma Günü elan olunması ilə bağlı qətnamə layihəsini qəbul edib.

“TRT Haber” xəbər verir ki, səsvermədə 84 ölkə lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Bosniya-Hersaqovinanın Srebrenitsa şəhərində 8 min 372 Bosniyalı müsəlmanı-boşnakı qətlə yetirilib. Soyqırımı zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BAKIDA 26, RAYONLARDA 23 DƏRƏCƏ İSTİ OLACAQ

Mayın 24-də paytaxt Bakıda havanın əsasən yağmursuz keçəcəyi, bölgələrdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib...

Bağla