Ərdoğan TDT-yə üzv ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısında iştirak edib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısında iştirak edib.

“TRT Haber” xəbər verir ki, görüşdə Azərbaycanın Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov da iştirak edib.

İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində mətbuata qapalı keçirilən iclasda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömurəliyev, Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atila Öztürk, üzv ölkələrin məhkəmə və məhkəmə şuralarının sədrləri də iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOV TÜRKİYƏ PARLAMENTİNİN KOMİSSİYA SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 24-də Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri...

Bağla