İSTANBUL KÖRPÜLƏRİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

0

28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Belə ki, İstanbulun “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri əks olunub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bununla bağlı sosial media hesabındakı paylaşım edib:

“Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür. “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə bürünüb. Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.

Resim

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MÜSTƏQİLLİK GÜNÜDÜR

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından...

Bağla