Türkiyə MTŞ: Azərbaycanla Ermənistan arasında daimi sülhə yönələn bütün səylərə dəstək üçün hazırıq

0

Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.

Qeyd edək ki, mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBUL KÖRPÜLƏRİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

28 May - Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb....

Bağla