TƏKƏBBÜRLÜK

0
  • Mahiyyəti:

Təkəbbürlük insanın özünü başqalarından üstün görməsi və başqalarını kiçik hesab etməsidir. Bu, qəlbin xəstəliyi olub, insanı yanlış davranışlara sürükləyir. Qurani-Kərimdə Rəbbimiz belə buyurur “Yer üzündə təkəbbürlə gəzib dolaşma! Çünki sən nə yeri yara bilər, nə də dağlarla boy ölçə bilərsən” (İsra, 37). “Qəlbində zərrə qədər təkəbbür olan kimsə cənnətə girə bilməz” deyən Peyğəmbər aleyhissalam əfəndimizdən (Müslim, İman 91) səhabələr: “Ey Allahın Rəsulu, insan paltarı və ayaqqabısının gözəl olmasını istəyir, bu da kibirdəndirmi?” deyə soruşurlar. Allahın Elçisi də belə cavab verir: “Xeyr, Allah gözəldir və gözəlliyi sevir. Kibr (təkəbbürlük), haqqı rədd etmək və insanları kiçik görməkdir” (Buxari, Ədəb 6130).   

  • Mənfi Təsirləri:

– İlahi Qəzəb: Kibr, Allahın qəzəbinə səbəb olur. Quranda şeytanın cənnətdən qovulmasının əsas səbəbi kibirli olmasıdır.

-İnsanlararası Münasibətlər: Təkəbbürlü insan cəmiyyətdə qəbul olunmaz, dostluq və münasibətlərdə problemlər yaşayar.

– Nəfsə Ziyanı: Təkəbbürlük insanın mənəvi inkişafını əngəlləyir və onu mənəvi təkamüldən uzaqlaşdırır.

  • Növləri:

– İlahi (mövzularda): Allahın qanunlarına və əmrələrinə təkəbbürlə yanaşmaq.

– İnsanlararası: Başqalarını kiçik görmək və özünü üstün hesab etmək.

– Bilgi və Elmdə: Elm və biliyinə görə insanları kiçik hesab etmək.

– İbadətdə: İbadətlərdə və dini tətbiqatlarda özünü başqalarından üstün görmək.

  • Səbəbləri:

– Qürur: Şəxsi nailiyyətlərə həddindən artıq əhəmiyyət vermək.

– Vəsvəsələr: Şeytanın insanı qürura sürükləməsi.

– Cahillik: Dini və əxlaqi məlumatın azlığı.

  • Müalicəsi:

Təvazökarlıq: Təkəbbürlük hisslərinin əksinə, təvazökarlıq gətirən davranışları tətbiq etmək.

Özünü dərk: Öz nəfsini daima mühakimə edərək təkəbbürlük duyğularını təmizləmək. İnsanın öz zəifliyini və Allah qarşısındakı acizliyini dərk etməsi.

Zikr və dua: Təkəbbürlükdən dolayı tövbə etmək və Allahdan bağışlanma diləmək. Allahı çox zikr etmək və ondan təvazökar bir qəlb arzulamaq.

Təkəbbürlü olmağın zərərini anlamaq: Kibrin insanı mənəvi məhvə aparan zərərlərini dərk etmək. Peyğəmbərimizin və saleh insanların təvazökar həyatlarını nümunə götürmək.

Yüksəlişin mənbəyi Allah qatındadır. Ucalmaq istəyən insan təkübbürlükdən uzaq olmalıdır, çünki Peyğəmbər aleyhissalam əfəndimiz belə demişdir: “Kim izzət və şərəf iddiasında olarsa, Allah onu rəzil edər; kim təvazökar olarsa, Allah onu yüksəldər” (Əbu Davud, Ədəb 4090).

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MTŞ: Azərbaycanla Ermənistan arasında daimi sülhə yönələn bütün səylərə dəstək üçün hazırıq

Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır. Bu barədə Türkiyə Milli Təhlükəsizlik...

Bağla