Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilir

0

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Kongratbay Sharipov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, YÖK Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edir.

Bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.

İclaslarda TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN VƏ TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRLİKLƏRİ ƏMƏKDAŞLIQ EDƏCƏK

Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Yılmaz Tunçun dəvəti ilə Türkiyədə səfərdə olub. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə,...

Bağla