AZƏRBAYCAN İƏT-İN TURİZM NAZİRLƏRİNİN 12-Cİ KONFRANSINDA İŞTİRAK EDİB

0

Azərbaycan 31 may – 2 iyun tarixlərində Özbəkistanın Xivə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində “Davamlı və dayanıqlı turizm sənayesinin inkişafı” mövzusunda Turizm Nazirlərinin 12-ci konfransında iştirak edib.

Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir.

Məlumata görə, ölkəmizi təbirdə agentliyin nümayəndə heyəti təmsil edib.

Konfrans çərçivəsində İƏT-ə üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin iclası baş tutub. Həmçinin iyunun 2-də Nazirlər Konfransı keçirilib və sədrlik Özbəkistana təhvil verilib.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin ilk 4 ayı ərzində Azərbaycana gələnlərin 43 %-nin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olduğunu bildirərək İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində turizm sahəsində əlaqələrin genişləndiyini qeyd edib. O, həmçinin ölkəmizin geniş turizm potensialına sahib olduğunu və dövlət tərəfindən bu sektorun inkişafına xüsusi diqqət ayrıldığını vurğulayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət tərəfindən turizm potensialının, o cümlədən İslam irsinin bərpası üçün mühüm addımlar atıldığını bildirib.

K.Quluzadə bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməsi haqqında məlumat verərək, tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdən əlavə, turizmə təsir və töhfələri baxımından vacibliyinə diqqəti çəkib.

Tədbir zamanı 2025-ci il üçün Seneqalın Darak, 2026-cı il üçün Misirin Qahirə və 2027-ci il üçün isə Pakistanın Lahor şəhərləri İslam Dünyasının Turizm şəhərləri seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BAKIDA 35, RAYONLARDA 36 DƏRƏCƏ İSTİ OLACAQ

İyunun 4-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və...

Bağla