Alparslan Bayraktar: “Bakıda imzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram”

0

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ arasında imzalanmış 4 sazişə əsasən, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Həmçinin BOTAŞ və AGSC (Azerbaijan Gas Supply Company – red.) arasında Azərbaycan qazının tədarükünün 2023-cü ilin sonuna qədər uzadılmasına dair saziş imzalanıb. İmzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram”, – paylaşımda vurğulanıb.

Bundan əlavə, A.Bayraktar Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı sənədin imzalandığını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”

Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla