“Şuşa İƏT-in Gənclər Paytaxtı 2024” çərçivəsində il ərzində səkkiz tədbir keçiriləcək

0

“Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində il ərzində Şuşada plan üzrə səkkiz tədbir keçiriləcək.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, bu il həm də Lənkəran Azərbaycanın, eyni zamanda Türkdilli Dövlətlər Təşkilatının Gənclər paytaxtı seçilib:

“Ona görə 2024-cü ildə bölgələrimizdəki gənclərimiz beynəlxalq arenalarda da fəaldırlar və bu, bizi sevindirir. Bölgələrimizdəki gənclər təşkilatları ilə birlikdə müxtəlif tədbirlər keçirəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ LİVİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞÜB

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Liviya Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşüb. Qonağı...

Bağla