Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb

0

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Türkiyənin Miqrasiya İdarəsi məlumat yayıb.

“Qardaş ölkə Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzaladıq”, – idarənin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və onun türkiyəli həmkarı Atilla Torosun imzaladığı sənəd ilə “bilik və təcrübə paylaşması yolu ilə miqrasiya sahəsində qətiyyətli addımlar atılması təmin ediləcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib

İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib. Brifinqdə...

Bağla