Azərbaycanda məscidlərdə kondisioner sistemi var və digərlərinin də soyuducu sistemlərlə təmin olunması istiqamətində işlər davam etdirilir.
Bunu “Report”un sualına cavabında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, ən isti havalarda belə məscidlərin içərisində sərinlik olur: “Əvvəlki illərdə də insanlar ibadət edib və həmin zamanlarda da soyuducu sistemlər olmayıb. Digər tərəfdən, əksəriyyətində kondisioner sistemi var və quraşdırma işləri davam edir. Məsciddə ibadət qısa müddətdə olur, sərinlik də var. İnsanlar həmin müddətdə ibadət edə bilər”.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir sıra məscidlərdə kondisionerlərin olmaması və buna görə də dindarlar üçün problemlər yarandığı vurğulanıb.