CEVDET YILMAZ VƏ HİKMƏT HACIYEV İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDİBLƏR

0

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında bildirib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – C. Yılmaz qeyd edib.

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSMAYIL QURBANININ DİGƏR QURBANLARDAN FƏRQİ NƏDİR?

Bağla