İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus “Turkish Aerospace Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirlik xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 25, nizamnamə kapitalı 1,5 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Uğur Gülandır.
“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti” 1973-cü ildə yaradılıb. Şirkət Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satışdan sonrakı xidmətləri sahələrində texnologiya mərkəzidir.