ZƏVVARLARA SOSİAL ŞƏBƏKƏ XƏBƏRDARLIĞI

0

Türkiyə Diyanət İşləri Başkanlığı sosial şəbəkə səhifələrindən canlı yayın edən və müqəddəs yerlərdən şəkillər paylaşan zəvvarlara xəbərdarlıq edib.

“Mədinə İrşad” fətva kordinatoru Mustafa Bilgiç Həcc ziyarətinin əvvəldən axıra qədər çox əəhəmiyyətli ibadət olduğunu qeyd edib.

“Həcc ziyarətində bəzi qardaşlarımız xüsusilə Ravzada və Kəbəni təvaf edərkən cib telefonlarından istifadə edərək həddlərini aşırlarr. Çünki biz Kəbəni təvaf edərkən, sanki namaz qılırmış kimi ibadət edirik. Biz ölkəmizdə olan sevdiklərimizi ibadətlərimizi şahid etmək əvəzinə, oradakı əməllərimizi imanımıza şahid edək” – deyə Bilgiç vurğulayıb.

Mustafa Bilgiç bəzi zəvvarların təvaf vaxtı görüntülü zəng vurmasının və sosial şəbəkələrdə canlı yayım açmasının doğru olmadığını deyib.

“Həccin ruhuna xələl gətirəcək şeylərdən çəkinmək lazımdır. Ravzanı və Kəbəni foto çəkdirmək və canlı yayım meydanına çevirsəniz, bu, həccin ruhuna xələl gətirər. Həccin sadəcə hərəkətlərdən ibarət olduğunu düşünsəniz onun arxasındakı mənanı anlaya bilməzsiniz, boş yerə gedib-gələnlərdən olarsınız”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DQİDK-NİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib. Bütün Gürcüstan Katalikos-Patriarxının...

Bağla