Fransa Tarn-et-Qaronna vilayətinin Montauban şəhərində tikintisi davam edən məscidə naməlum şəxslər hücum edib.
Bu barədə “Fransa İslam Şurası” (CFCM) sosial şəbəkədəki səhifəsindən açıqlama yayıb.
Açıqlamada bildirilir ki, məscidin divarına svastik çəkilib, həmçinin “Evə qayıdın ey çirkin ərəblər” – kimi təxribatyönümlü yaılar yazılıb.
Montauban bələdiyyə sədri Bric Barec (Brigitte Bareges) özünə aid sosial şəbəkə səhifəsində, “Bu dözülməz yazıları ən sərt şəkildə qınayıram.” – yazıb.
Baş vermiş hadisə barədə təhqiqatlar davam edir.