MƏKKƏDƏ İSTİLƏR SƏBƏBİNDƏN MİNDƏN ÇOX ZƏVVAR DÜNYASINI DƏYİŞİB

0

Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc ziyarəti zamanı temperaturun 52 dərəcəyə çatması nəticəsində ölüm halları artır. Misir diplomatik mənbələrindən verilən açıqlamada 658 Misir vətəndaşının həyatını itirdiyi, onlardan 630 nəfərinin həcc ziyarətinə yazılmadığı bildirilib. Açıqlamada zəvvarların ölümünün səbəbinin daha çox istidən yaranan yüksək təzyiq kimi xəstəliklər olduğu qeyd edilib.

Rəsmi mənbələrə görə, təxminən 150 min pakistanlıdan 58-i və təxminən 240 min indoneziyalıdan 183-ü həyatını itirib. Malayziya, Hindistan, İordaniya, İran, Seneqal, Tunis, Sudan və İraqdan ölənlərin olduğu bildirilərkən, son məlumatlarla 11 ölkədən ümumilikdə 1081 nəfər həcc ziyarəti zamanı həyatını itirib. İtkin düşənlərin çoxu ailələri və yaxınları tərəfindən axtarılır.

Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir. Qeydiyyatı olmayan zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərə məruz qalırlar. Ötən il Həcc ziyarəti zamanı 300-dən çox insan dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb

Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla