MƏKKƏDƏ ŞƏHİDLƏRİMİZ YAD OLUNUB, EHSAN VERİLİB

0

Bu il Azərbaycandan Səudiyyə Ərəbistanı Krallığına Həccə gedən zəvvarlarımızın ziyarəti davam edir.

İyunun 20-də Məkkə şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycan Həcc Missiyasının təşkilatçılığı ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna ehsan verilib. Məclisdə QMİ rəsmiləri, şəhid ailələrinin üzvləri, azərbaycanlı zəvvarlar iştirak edib.

Mərasimdə çıxış edən QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev Şeyxülislam Allahşükür Paşazadənin salam və xeyir-dualarını zəvvarlarımıza yetirib. Bildirib ki, müqəddəs torpaqlarda olan azərbaycanlı zəvvarların vəziyyəti Şeyxülislam həzrətlərinin gündəlik diqqətindədir, vətəndaşlarımızın sağlıq durumu, problemləri ilə daim  maraqlanır.

Müfti Salman Musayev qeyd edib ki, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən, Həcc ziyarəti zamanı şəhidlərimizin xatirəsinin anılması, ruhlarına ehsan verilməsi artıq bir ənənə halını alıb: “Ənənəni bu il də davam etdiririk, çünki şəhidlərimizin xatirəsi bizim üçün çox əzizdir. Onlar torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpası, dövlətimizin qüdrətlənməsi üçün öz canlarından keçərək şəhidlik məqamına yüksəliblər, işğaldan azad edilən ərazilər şəhidlərin qanı ilə suvarılıb”.

Şəhid Sübhan Əbdürrəhmanlının atası Mahir Əbdürrəhmanov, şəhid Şahmar Hüseynovun anası Hədiyyə Hüseynova, şəhid Hüseyn Nəsibovun atası Əfqan Nəsibov, şəhid Səməd Rzayevin anası Zərqələm Kazımova, şəhid Tural Məmmədlinin anası Güldanə Məmmədli, şəhid Cavid Cabbarzadənin anası Almaz Cabbarova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər, övladlarının xatirəsini əziz tutduğu üçün QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıqlarını yetiriblər.

Mərasimin sonunda süfrə duası oxunaraq şəhidlərimizin ruhuna Allahdan rəhmət dilənib, yaralı qazilərimizə şəfalar arzu edilib, ehsan verilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA 35, RAYONLARDA 25 DƏRƏCƏ İSTİ OLACAQ

İyunun 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və...

Bağla