Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

0

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək.

Bunu Apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:

“İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər”.

Vüsal Cahangiri qeyd edib ki, Azərbaycandan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin daimi nümayəndəliyi: BMT-nin heç vaxt olmadığı qədər islahata ehtiyacı var

Dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-nin islahatı həmişəkindən daha zəruridir və bu, dünya təşkilatının Təhlükəsizlik Şurasından başlamalıdır və buna yalnız...

Bağla