Birləşmiş Ştatlar administrasiyası Hindistan hakimiyyətini ölkədəki dini etiqad azadlığı ilə bağlı vəziyyətə görə tənqid edib.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Dövlət Departamentinin dünyada dini azadlıqlarla bağlı illik hesabatını təqdim edərkən deyib.
“Hindistanda biz məzhəb əleyhinə qanunların, nifrət nitqinin, dini azlıqların nümayəndələrinin evlərinin və ibadət yerlərinin dağıdılmasının həyəcanverici artımını müşahidə edirik”, – deyə o bildirib.
Daha sonra çıxış edən Dövlət Departamentinin beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Hüseyn Hindistan polisinin səylərini pisləyib:
“Bu barədə Hindistanda xristian icmaları məlumat yayıb. Belə ki, yerli polis dini ayinləri dayandıran kütləyə kömək edir və ya icma üzvlərinə hücum edən zaman hadisəni kənardan izləyir. Daha sonra hücumçuları həbs etmək əvəzinə müxtəlif ittihamlarla xristian icmalarının nümayəndələrini saxlayırlar”.
Report