Türkiyəli professor: Regionda sülhə mane olan Qərbin bütün cəhdləri əbəsdir

0

Qərb boş yerə özünü tükəndirməsin, Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün Ermənistana mane olma cəhdləri əbəsdir.

Bu fikirləri “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, professor Cemal Zehir bildirib.

O deyib ki, Cənubi Qafqazda böyük gücə çevrilən Azərbaycan da, güclü ordusu olan Türkiyə də torpaqlarının neqativ qüvvə daşıyıcılarının əlinə keçməsinə imkan verməyəcək: “Bunu İkinci Qarabağ Müharibəsi də sübut etdi. 30 il Ermənistanın Azərbaycanda törətdiyi vəhşiliklərə təmkinlə dözdük. Amma bundan sonra Ermənistan ağlını başına toplayıb Azərbaycan və Türkiyə ilə sülh masası arxasına oturmalıdır”.

C.Zehir Qərb dövlətlərinin, xüsusən ABŞ və Fransadakı eməni diasporunun Ermənistanı yenidən Azərbaycana hücuma təhrik etməsini cəzası ağır olan yanlış addım hesab edir: “Bu məsələdə əsas liderliyi Fransa prezidenti Emmanuel Makron etməkdədir. Fransanın Ermənistanı sülh müqaviləsindən uzaqlaşdırması, Cənubi Qafqazda daha bir münaqişənin yaradılması, İrəvana silah vermə canfəşanlığının, təbii ki, bir cəzası olacaq”

Professorun fikrincə, bütün bunlarda məqsəd təkcə Ermənistanı silahlandırmaq deyil, həm də Türkiyənin Qafqazda fəaliyyətinin qarşısını almaqdır. Üstəlik, Türkiyə və Azərbaycanın liderliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı Qərbi narahat edir: “Türk dünyasının canlanması onların “kürklərinə birə salıb”. Düşünürəm ki, bu məsələdə sadəcə Makron deyil, erməni diasporu, ABŞ də böyük rol oynayır, necə deyərlər, “şeytanın fitvasına” uyublar. Amma bütün bunlar da Azərbaycan-Türkiyə ittifaqının daha da güclənməsinə səbəb olur. Çünki Qarabağ da daxil olmaqla, Azərbaycan bir türk yurdudur”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Qafqazda sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyik”

Qafqazda sülhün təmin olunmasına, dost və qardaş ölkələrin maraqlarının qorunmasına dəstək verməyə davam edəcəyik. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar...

Bağla