Nigeriyanın Kano əyalətində yük maşınının cümə namazı qılan insanların arasına girməsi nəticəsində ilkin məlumata görə, 14 nəfər həyatını itirib.
Nigeriya Milli Yol Təhlükəsizliyi Kano İctimaiyyətlə Əlaqələr əməkdaşı Abdullahi Labaran verdiyi yazılı açıqlamada, əyalətin Kaduna-Kano şossesində Kura bölgəsində idarəetmədən çıxan yük maşınının cümə namazı üçün toplanan izdihamın üzərinə sürdüyünü bildirib.
Labaran qeyd edib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 14 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Yaralıların ətraf xəstəxanalara aparıldığını bildirən Labaran, ölənlərin sayının artacağından narahat olduğunu dilə gətirib.