Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana Səfəri Başlayıb

0

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, o, iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
60 METR HÜNDÜRLÜKDƏ KRANI QİBLƏYƏ ÇEVİRDİ VƏ NAMAZ QILDI

Bir kran sürücüsü azan səsini eşidəndə idarə etdiyi kranı qibləyə tərəf çevirərək yerdən 60 metr hündürlükdə səccadəsini açaraq namazını qılıb....

Bağla