YAĞIŞ YAĞIB, ŞİMŞƏK ÇAXIB

0

İyulun 11-i saat 10:00-a olan məlumata görə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 m/s, Naxçıvanda isə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SREBRENİTSA SOYQIRIMINDAN 29 İL ÖTÜR

İyulun 11-i İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımının 29-cu ildönümüdür. Cəsədləri kütləvi...

Bağla