HAKAN FİDAN QƏZZA İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİB

0

“Qəzzada atılan hər hansı səhv addım geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.

Bunu Türkyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Türkiyə Qəzzada tezliklə atəşkəsin əldə olunması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasının tərəfdarıdır:

“Mən beynəlxalq ictimaiyyəti daha çox qan tökülməsinin və münaqişənin genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməyə çağırıram”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ “15 TEMMUZ” – UĞURSUZ DÖVLƏT ÇEVRİLİŞİ CƏHDİNDƏN 8 İL ÖTÜR

Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdindən 8 il ötür. 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə...

Bağla