Türkiyənin müdafiə naziri: 15 iyuldan sonra 23 min 859 nəfər ordu sıralarından azad edilib

0

2016-cı il iyulun 15-də düşmən hərbçisinə edilməyəcək dərəcədə pis rəftarla qarşılaşdıq.

“TRTHaber” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

Onun sözlərinə görə, iyulun 15-dən indiyədək Türkiyə Silahlı Qüvvələrindən məlum hadisədə əli olan 23 min 859 nəfər azad edilib:“Türkiyə Silahlı Qüvvələrinin şanlı formasını heç bir xainin geyinməsinə icazə verilməyəcək”.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə hakimiyyət çevrilişinə cəhd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA ƏHALİNİN SAYI AÇIQLANIB

Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 16 376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə...

Bağla