“ƏHLİ-BEYT SEVGİSİ BİZƏ PEYĞƏMBƏRİMİZİN BİR ƏMRİDİR”

0

“Əhli-Beyt sevgisi bizə Peyğəmbərimizin ﷺ bir əmridir, Ondan bizə qalan çox qiymətli xatirədir. Türk milləti olaraq bu əziz xatirəyə layiqincə sahib çıxmağa cəhd edirik.”

Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan prezident külliyəsində keçirilən “Mahı-Məhərrəm” tədbirinfə çıxışı zamanı deyib.  

“Əvvəla peyğəmbərimiz Muhamməd Mustafaya ﷺ salavat, Onun Əhli-Beytinə və hər biri qütb ulduzlarımız olan dostlarına salam olsun.” – deyə Ərdoğan vurğulayıb.

Həzrəti Hüseyn (ra) və 72 yoldaşının şəhadətlərinin 1385-ci ildönümündə Kərbəla şəhidlərini rəhmətlə yad etdiyini deyən Ərdoğan Məhərrəm ayının müsəlmanlar üçün rəhmət və bərəkət ayı olduğunu billdirib.

“Məhərrəm ayı eyni zamanda ürəkləri Kərbəla çölünə çevirən böyük bir yanğının, kədərin və matəmin ayıdır.” – deyə Ərdoğan qeyd edib.

Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və daxili işlər naziri Əli Yerlikaya daiştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BUİLKİ MƏHƏRRƏM AYI XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR”

Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır. Suverenliyimiz tam bərpa olandan sonra birinci dəfədir ki, biz aşura mərasimi, həmçinin qanvermə aksiyası...

Bağla