“İNŞALLAH BİR GÜN GÖY MƏSCİDDƏ CÜMƏ NAMAZI QILARIQ”

0

“Hamı necə Axtamar kilsəsini rahatlıqla ziyarət edə bilirsə bizdə İrəvan şəhərində olan Göy Məscidi ziyarət etmək istəyirik”.

İslamveirfan.com-un xəbərinə görə, bu sözləri “ İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi”nin (İSTAD) sədri və Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu (TADEF) sədr müavini Sefer Karakoyunlu deyib.

Türkiyə Van vilayətindəki Van gölündə yerləşən Axtamar adasındakı eyni adlı kilsənin qarşısında jurnalistlərə açıqlama verən Karakoyunlu Qərbi Azərbaycanda (Ermənistan ərazisi) bu gün türklərin yaşamadığını qeyd edib.

“1917-ci ilə qədər əhalisinin 87 faizinin türk olduğu, 1989-cu ildə isə 500 minə yaxın insanın sürgün edildiyi Qərbi Azərbaycan türklərinin yaşadığı bölgədə təəssüf ki, bir nəfər də olsun türk qalmayıb. Davamlı sülhə və tolerantlığa aparan yol səmimiyyətdən keçir. Biz türklər 400 min illik ata-baba torpaqlarımızın ibadət yerlərini ziyarət edə bilməsək də, minlərlə erməni Axtamar kilsəsini ziyarət edə bilər. İnşallah bir gün İrəvanın Göy Məscidini ziyarət edib cümə namazımızı orada qıla bilərik. ”  – deyə Karakoyunlu vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
13 YAŞLI HAFİZ QURANI 1 GÜNDƏ XƏTM ETDİ

Türkiyənin Erzincan vilayətində hafizlik təlimini uğurla başa vuran Əsmanur Şəkər müqəddəs Quranı bir gündə xətm (başdan sona qədər oxuyub) edib....

Bağla