Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidi ibadətə açıldıqdan sonra, 4 il ərzində təqribən 25 milyon nəfər tərəfindən ziyarət edilib.
Bu barədə İstanbul müftisinin köməkçisi Əhməd Aktürkoğlu məlumat verib.
Aktürkoğlu Ayasofiya məscidinin, İstanbulun fəthinin əsas simvollarından biri olduğunu deyib.
“24 İyul 2020-ci ildə ibadət üçün açılan Ayasofya məscidi 4 il ərzində təxminən 25 milyon ziyarətçi qəbul etdi. Ayasofya məscidində davamlı olaraq çoxlu yerli və xarici ziyarətçiləri qəbul edirik.” – deyə Aktürkoğlu bildirib.
Xatırladaq ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.