Ermənistan ordusuna aid dron Laçın istiqamətində kəşfiyyat uçuşları keçirməyə cəhd edib

0

İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – hərbi qurumun məlumatında qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ÇAYLARDAN SEL KEÇİR

Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Bağla