Bəzi proqramlara qatılmaq üçün məmləkəti Rizedə olan Türkiyə prezidenti və hakim AKP (Ədalə və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Rizə vilayət Təşkilatının toplantısına qatılıb.
Təşkilatın toplantısında çıxış edən prezident Ərdoğan, İsrailə meydan oxuyub.
“Çox güclü olmalıyıq ki, İsrail Fələstinə bunu etməsin. Necə Qarabağa, Liviyaya girdiksə, eyni şeyi onlara da edəcəyik. Etməmək üçün bir səbəb yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək.” – deyə Ərdoğan vurğulayıb.
Yığıncaqda gənclər və idman naziri Osman Aşkın Bak, daxili işlər naziri Əli Yerlikaya, milli təhsil naziri Yusuf Tekin, səhiyyə naziri Kamal Memişoğlu, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, AK Partiya sədrinin müavini Erkan Kandemir, Fatma Betül Sayan Kaya, Hayati Yazıcı və Ömər, Prezident Ali Məsləhət Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmail Kahraman da iştirak edib.