“ Qarabağ azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər”

0

Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, həmin qüvvələr Türkiyənin Liviyaya, Afrikanın digər ölkələrinə dəstəyinə də kölgə salmağa çalışırdılar.

R.T.Ərdoğan vurğulayıb ki, bu qüvvə daxildəki müxalifət və Cümhuriyyət Xalq Partiyasıdır (CHP).

Prezident qeyd edib ki, Türkiyə qardaşlarını heç vaxt tək qoymayıb: “Qarabağda, Liviyada, Suriyada qardaşlarımızı müdafiə etdik. Ölkəmizi təhdidlərə qarşı müdafiə etdik. Sülhün tərəfində olduq”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qəzzada Hepatit A virusuna yoluxanların sayı 40 min nəfərə çatıb

Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma...

Bağla