Azərbaycanda dini ibadət yerlərinə qayğı göstərilir

0

Azərbaycanda konfessional baxımdan müxtəlif icmaların nümayəndələrinə və onların dini ibadət yerlərinə qayğı göstərilir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Suraxanı rayonundakı Qaraçuxur qəsəbə məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.

Dövlət Komitəsinin sədri ölkədə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərə toxunub.

O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, müxtəlif bölgələrdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub.

Tövsiyələri din xadimlərinin diqqətinə çatdıran R.Məmmədov İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik kimi ideyalarının olduğu kimi cəmiyyətə təqdim edilməsində, eləcə də milli birlik ənənələrinin, mənəvi dəyərlərin, xalqımıza xas humanist ideologiyanın təbliğində onları daha fəal iştirak etməyə çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT XİN BAŞÇILARININ FÖVQƏLADƏ TOPLANTISI ÇAĞIRILIB

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb. Tərəflər HƏMAS...

Bağla