Paris-2024: Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub

0

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Məlumata görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov Türkiyə XİN rəsmisini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Şərqi Avropa və Cənubi Qafqaz Baş...

Bağla