DİN-DƏN XƏBƏRDARLIQ: KİBER MƏKANDA HƏR BİR TƏKLİF ŞÜBHƏLİDİR

0

“Kiber məkanda hər bir təklif şübhəlidir. Bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.

“Əgər kartda 1, 10, 45 yaxud 50000 manat varsa da fərq etməz, kart məlumatları naməlum şəxslərə verilməməlidir. Saxta linklərə daxil olma, saxta satış, saxta reklam, beh ödənişləri, saxta investisiya, saxta lotereya oyunları, karta müdaxilə, əlavə qazanc, pul köçürmələri, valyuta dəyişmələri, kriptovalyuta, təhlükəsizliyin artırılması məzmununda olan kiber tələlər vasitəsilə vətəndaşlarımızın bank kartlarından oğurluqlar edilir. Bu hallara qarşı hər bir vətəndaş diqqətli olmalıdır. Kibertəhlükəsizlik davamlı prosesdir”, – E.Hacıyev qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alimlər Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər

Sidney Texnologiya Universiteti və Niderland Kral Dəniz Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər. Mütəxəssislər bu...

Bağla