AZƏRBAYCAN XİN VƏTƏNDAŞLARI İSRAİLƏ SƏFƏR ETMƏMƏYƏ ÇAĞIRIB

0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur:

“Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT CAMMU VƏ KƏŞMİRLƏ BAĞLI BƏYANAT YAYIB

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Hindistanın qeyri-qanuni işğal etdiyi Cammu və Kəşmirin xüsusi statusunun birtərəfli qaydada ləğvinin beşinci ili...

Bağla