ORDUBADDAKI “SƏRŞƏHƏR MƏSCİDİ” BƏRPA EDİLƏCƏK

0

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən “Sərşəhər Məscidi” tarix-memarlıq abidəsi bərpa ediləcək.

“Report” xəbər verir ki, bununla bağlı yerli Mədəniyyət Nazirliyi hazırlıqlara başlayıb.

Məlumata görə, paralel olaraq Sərşəhər meydanının giriş baş tağları bərpa ediləcək və meydan abadlaşdırılacaq. Ümumilikdə 570 kv.metrlik ərazidə gücləndirmə, rekonstruksiya və bərpa işləri aparılacaq.

“Sərşəhər Məscidi” XVIII əsrə aiddir. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasına qoşulmaq niyyətindədir

Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək. Bu barədə Türkiyənin xarici işlər...

Bağla