Myanmanın qərbindəki Rakhine əyalətində Rohinca müsəlmanlarını hədəf alan qırğınlar davam edir. Bölgədə Myanma ordusu ilə buddist silahlı qrupların hücumları arasında qalan Rohinca müsəlmanları ağır itki verib.
Yerli mənbələrin verdiyi məlumata görə, buddist milis qruplaşması müsəlmanlara hücum edib. Hücumlar səbəbindən yüzlərlə müsəlman yaşadıqları şəhəri tərk etmək məcburiyyətində qalıb.
Köçə məcbur edilən və çöllük ərazilərə göndərilən Rohinca müsəlmanları ordunun hədəfinə çevrilib. Onlar Naf çayının sahilində pilotsuz təyyarələrin hücumu ilə üzləşiblər. Hücumlardan sonra verilən rəqəmlərə görə, 100-dən çox Rohinca müsəlmanının öldürüldüyü bildirilir.
Digər tərəfdən, bölgədəki digər hücumlarda onlarla müsəlman həyatını itirib. Yerli hüquq müdafiəçilərindən Wai Wai Nu bölgədə baş verənlərlə bağlı sosial mediada belə açıqlama verib:
“Maunqdavdakı vəziyyət indi ölümcül fəlakətə çevrilib. Rohinca dinc sakinlərinə qarşı vəhşiliklər hər an artır. Oradakı insanlar mənə deyirlər ki, onlar şəhərin mərkəzindən tamamilə qovulub və hazırda Myanma-Banqladeş sərhədində tələyə düşüblər…”
Son vaxtlar bölgədə müsəlmanlara qarşı qanun pozuntuları daha da güclənib. Ötən illərdə soyqırım sayılan hücumlara məruz qalan Rohinca müsəlmanlarının əksəriyyəti torpaqlarını tərk edib.
Haber7.com