BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyib

0

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.

Bu barədə qurumun məlumatında deyilir.

“Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, – sənəddə deyilir.

Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 63-cü maddəsində nəzərdə tutulub ki, istənilən maraqlı dövlət işə qoşula bilər və bu halda məhkəmənin çıxardığı qərar həmin dövlət üçün də məcburi olacaqdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib, bu il 90 tələbə qəbul olunacaq

Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yerləşəcəyi yer məlum olub. "Report"un əldə etdiyi məlumata görə, universitet Bakının Xətai...

Bağla