Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

0

Azərbaycan və Türkiyə arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir vurğulayıb ki, bu gün ölkədə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib:

“Görüşdə Azərbaycanda qeyd edilən sahələrdə təlim proqramlarının həyata keçirilməsini və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlərin görülməsini qərarlaşdırdıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ RUSİYADA QAFQAZ XALQLARI ALİ DİNİ ŞURASININ İCLASINA QATILACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclasına qatılacaq. Bu barədə...

Bağla