RAMİN MƏMMƏDOV G20 DİNLƏRARASI FORUMDA İŞTİRAK EDƏCƏK

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 19-22-də Braziliyada keçiriləcək G20 Dinlərarası Forumda (IF20) iştirak edəcək.

Dövlət Komitəsindən verilən məlumata görə, dini sahədə qlobal məsələlərin müzakirə olunduğu tədbirin gündəliyinə dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzular daxildir.

Bildirilib ki, Forumda ümumilikdə 300-ə yaxın qonağın iştirakı gözlənilir. 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz...

Bağla