QƏZZADA 2023-CÜ İLİN OKTYABRINDAN BU YANA 169 JURNALİST ÖLÜB

0

Qəzza zolağında 2023-cü il oktyabrın 7-də hərbi əməliyyatların başlamasından bəri azı 169 media işçisi ölüb.

“Report” xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti teleqram kanalında məlumat verib.

Məlumata görə, eskalasiyanın son qurbanı bir sıra ərəb nəşrləri və telekanalları ilə əməkdaşlıq edən fələstinli İbrahim Mərvan Muhareb olub.

Qəzza rəsmiləri jurnalistlərin ölümünə görə məsuliyyətin tamamilə İsrail tərəfinin üzərinə düşdüyünü bildirib və beynəlxalq ictimaiyyəti yəhudi dövlətinin rəhbərliyini davam edən cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

Qəzzanın Səhiyyə Nazirliyinin son məlumatına görə, anklavda ölənlərin ümumi sayı 40 139 nəfərə çatıb, 92 743 fələstinli isə yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ RAYONLARDA LEYSAN YAĞACAQ, DOLU DÜŞƏCƏK

Bu gün gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd...

Bağla