PUTİN ONA HƏDİYYƏ VERİLƏN QURANİ-KƏRİMİ ÖPÜB

0

Rusiya prezidenti Vladimir Putin 2011-ci ildən bəri ilk dəfə Rusiya Çeçenistan Respublikasına qəfil səfər edib.

Burada Çeçenistan lideri Ramazan Kadırov və digər rəsmi şəxslər tərəfindən qarşılanan Putin səfəri zamanı məscidə gedib.

Burada İsa Məscidini ziyarət edən Putin əvvəlcə ona hədiyyə edilən Quranı öpüb, daha sonra quaqlayıb.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Qurani-Kərimin müsəlmanlar üçün müqəddəs əmanət olduğunu və ona hörmətsizliyin Rusiyada cinayət olduğunu bildirmişdi.

“(Qurani-Kərim) müsəlmanlar və bütün digər insanlar üçün müqəddəs əmanətdir. Biz bilirik ki, başqa ölkələrdə fərqli davranırlar, insanların dini hisslərinə hörmət etmirlər və üstəlik, bunun cinayət olmadığını deyirlər”.

Rusiyada Qurana hörmətsizliyin həm Konstitusiya, həm də Cinayət Məcəlləsi çərçivəsində cinayət olduğunu vurğulayan Putin, “Hörmətsizlik və dinlər arasında təfriqə salmaq cinayətdir” deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTİ HAVA ŞƏRAİTİ İKİ GÜN DAVAM EDƏCƏK

Azərbaycanda sabit, isti hava şəraiti müşahidə olunur. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O bildirib ki, sabah havanın...

Bağla