“Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub”

0

Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı tam dolub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X” sosial şəbəkəsində yazıb.

“2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, – nazir qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA AVQUSTUN ƏVVƏLİNDƏN 250 MİN İNSAN YAŞAYIŞ YERİNİ TƏRK EDİB

Avqust ayında Qəzza zolağında 250 min fələstinli döyüşlərdən qaçaraq yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. “Report” xəbər verir ki, bu...

Bağla