Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının paytaxtı Ankaraya səfər edəcək.
Bu barədə Türkiyə Respublikası Xarici İşlər Nazirıliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində cari regional və beynəlxalq məsələlər, o cümlədən Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılacaq.